Adam Varton “Kristal Pelas”dan ayrıla bilər

"Kristal Pelas"ın ingiltərəli futbolçusu Adam Varton yanvarda komandasını dəyişə bilər.

Sportline.az "Team Talk" nəşrinə istinadən xəbər verir ki, "Liverpul", "Nyukasl Yunayted", "Çelsi" və "Mançester Yunayted" 21 yaşlı oyunçunu transfer etmək istəyən klubların siyahısında yer alır.

A.Vartonun klubla sözləşməsi 2029-cu ilin iyun ayına qədərdir.