Adı "Neftçi" ilə hallanan futbolçu klubundan ayrıldı

“Neftçi”yə transfer olunacağı deyilən braziliyalı müdafiəçi Talisson Auqusto komandasından ayrılıb.

Sportline.az xəbər verir ki, Braziliya B Seriyası təmsilçisi “Quarani”də çıxış edən müdafiəçi “instagram” hesabından etdiyi paylaşımla klubun azarkeşlərini unutmayacağını bildirib:

“Belə bir böyük klubdan ayrılıram. Burada yaşadığım hekayənin bir hissəsi olan hər kəsə təşəkkür edirəm. Azarkeşlərin coşqusu hər zaman yadımda qalacaq. Çox sağ olun!”.

Qeyd edək ki, “Quarani” klubunun icraçı direktoru Miçel Alves futbolçunun Azərbaycan klubuna keçəcəyini təsdiqləyib.