AFFA "Araz-Naxçıvan" və "Sumqayıt"ı cərimələdi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportline.az AFFA-ya istinadən xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib: 

13 sentyabr 2024-cü il tarixində Misli Premyer Liqasının VI turunun “Araz-Naxçıvan” – “Kəpəz” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Araz-Naxçıvan” klubu 800 manat cərimə edilir (maddə 51.2);

14 sentyabr 2024-cü il tarixində Misli Premyer Liqasının VI turunun “Şamaxı” – “Sumqayıt” oyununda “Şamaxı” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Şamaxı” klubu 700 manat cərimə edilir (maddə 37); 14 sentyabr 2024-cü il tarixində Misli Premyer Liqasının VI turunun “Şamaxı” – “Sumqayıt” oyununda “Sumqayıt” klubunun futbolçuları isinmə hərəkətləri zamanı Əsasnamə qaydalarının tələblərini pozduğuna görə 500 manat cərimə edilir (maddə 53.7);