AFFA bu komandanı çempionatdan uzaqlaşdırdı

AFFA İntizam Komitəsi futzal üzrə Yüksək Liqada çıxış edən “Premier” komandasını çempionatdan kənarlaşdırıb. 

Sportline.az xəbər verir ki, buna Quba təmsilçinin mövsümdə üçüncü dəfə texniki məğubiyyət alması səbəb olub. Son olaraq, EKOL-la görüşdə meydana çıxmayan komandaya 0:5 hesablı texniki məğlubiyyət verilib.

Bundan başqa "Premier" Azərbaycan Kubokunda 1/8 final mərhələsinin "Red Line" ilə ilk oyununa da çıxmadığı üçün eyni hesablı məğlubiyyətə düçar olub.