AFFA-da yeni komitə sədri

AFFA-nın bu gün keçirilən Hesabat-Seçki Konfransında yeni təyinat reallaşıb. Sport Line.az  Apasport.az saytına istinadən xəbər verir ki,  Hakim İnspektorlar Komitəsində dəyişiklik baş verib.

Belə ki, komitə sədri Gülağa Cabbarov vəzifəsindən kənarlaşdırılıb. Onu bu vəzifədə sabiq hakim Əli Hüseynov əvəz edəcək.

Qeyd edək ki, Əli Hüseynov bir müddət Hakimlər Komitəsinin sədri kimi də fəaliyyət göstərib.

Banner