AFFA-nın icraçı vitse-prezidenti Vətən müharibəsinin iştirakçısı ilə görüşüb

Ötən il sentyabrın 27-də başlayan və 44 gün ərzində davam edən, rəşadətli Azərbaycan ordusunun parlaq qələbəsi ilə yekunlaşan Vətən müharibəsinin iştirakçısı, Azərbaycan Futzal Federasiyasının Mətbuat xidmətinin rəhbəri Mahal Məmmədov ilə bu gün AFFA-nın inzibati binasında görüş keçirilib.

Sportline.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, icraçı vitse-prezident Elxan Məmmədov Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunması münasibətilə Mahal Məmmədovu bir daha təbrik edib.

Qeyd edək ki, M.Məmmədov müharibəyə zabit kimi qatılıb.