AFFA-nın komissiyasının iclası təxirə salınıb

AFFA Lisenziyalaşdırma Komissiyasının iclası təxirə  salınıb.
Sportline.az xəbər verir ki, bunu Lisenziyalaşdırma Qrupunun rəhbəri Sərxan Hacıyev bildirib. 
 
O deyib ki, bəzi məsələlər UEFA və klublarla dəqiqləşdirilməli, daha sonra yekun qərar hazırlanaraq, Lisenziyalaşdırma Komissiyasına təqdim edilməlidir: "Pandemiyaya görə qurumlar iki aya yaxın işləmirdi. AFFA və klublar da iki aya yaxın karantin dövründə idi. Ona görə də müəyyən sənədlərin daha dəqiq yoxlanılmasına ehtiyac var. Bu, elə də ciddi problem deyil".
 
Federasiya rəsmisi Lisenziyalaşdırma Komissiyasının iclasının iyunun 17-də və ya 18-də ola biləcəyini sözlərinə əlavə edib.