AFFA rəsmisi azərbaycanlı futbolçunun çıxış etdiyi komandanın oyununa təyinat alıb

AFFA-nın Sosial Ətraf mühit dayanıqlığı üzrə meneceri Kifayət Mustafayeva UEFA-dan təyinat alıb.

Sportline.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, o, Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində avqustun 14-də keçiriləcək “Eqnatiya” (Albaniya) – “Olimpiya” (Sloveniya) matçında UEFA nümayəndəsi olacaq.

Qarşılaşma Albaniyanın Rroqojine şəhərində yerləşən “Eqnatia” stadionda baş tutacaq. Albaniya təmsilçisində Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyev də çıxış edir. Komandalar arasında Sloveniyada gerçəkləşən ilk görüşdə hesab açılmayıb.