Afrika Futbol Konfederasiyasının keçmiş prezidenti vəfat edib
Afrika Futbol Konfederasiyasının keçmiş rəhbəri İssa Hayatu 77 yaşında dünyasını dəyişib.
Sportline.az Soccer.ru-ya istinadla xəbər verir ki, Hayatu Olimpiadanın dəvətli qonağı olduğu Parisdə vəfat edib.
Kamerunlu 1988-2017-ci illərdə Afrika Futbol Konfederasiyasına (CAF) rəhbərlik edib. Bundan əlavə, o, FİFA-nın vitse-prezidenti vəzifəsində çalışıb.
2002-ci ildə İssa FİFA prezidentliyinə seçkilərdə Zepp Blatterə uduzub. 2015-ci ilin noyabrından 2016-cı ilin fevralına qədər Blatterin korrupsiya qalmaqalına görə istefasından sonra Hayatu qurumun müvəqqəti rəhbəri olub.