"Afrikaya və bütün ərəb dünyasına böyük bir sevinc bəxş etmək niyyətindəyik"

Futbol üzrə Dünya çempionatı həyacanı davam edir.

Sportline.az xəbər verir ki, Misir millisi bu 1/16 final mərhələsində Avstraliya seçməsi ilə qarşılaşacaq.

Misir millisinin çalışdırıcısı Hossam Hassan rəqibin fiziki göstəricilərinə xüsusi diqqət ayrılması ilə razı olmadığını deyib: 

"Biz meydanda qarşılaşa biləcəyimiz hər bir fiziki və taktiki ssenariyə, o cümlədən rəqibin boy üstünlüyünə qarşı tam şəkildə hazırlaşmışıq. Mətbuatda boy fərqi ilə bağlı suallar verilir, lakin bu reqbi və ya Amerika futbolu deyil. Bizim də fiziki cəhətdən güclü oyunçularımız var. İki ildən artıqdır ki, komanda olaraq öz fərdi oyun üslubumuz və xarakterimiz üzərində işləyirik. Növbəti qələbə ilə xalqımıza, Afrikaya və bütün ərəb dünyasına böyük bir sevinc bəxş etmək niyyətindəyik.”

Qeyd edək ki, Avstraliya - Misir görüşü bu gün Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.

Banner