“Ağsu” Azərbaycan kubokunda oynamaqdan imtina etdi

I divizionun daha bir komandası Azərbaycan kubokunda iştirak etməkdən imtina edib. SportLine.az xəbər verir ki, “Ağsu” klubu yarışa qatılmayacaq.

Klub rəhbərliyi bununla bağlı Peşəkar Futbol Liqasına məktub ünvanlayıb. Sənəddə komandanın 2016/17 mövsümünün kubok yarışlarında iştirak etməyəcəyini bildirilib.

Bununla da kubok uğrunda 18 komanda mübarizə aparacaq.

Qeyd edək ki, “Ağsu”ya qədər “Göyəzən”, “Energetik” və “Mil-Muğan” da kuboka qatılmaq istəməmişdi.

Banner