Aleks Skott İngiltərə nəhənglərinin radarındadır

"Bornmut"un futbolçusu Aleks Skott yayda komandasını dəyişə bilər.

Sportline.az xəbər verir ki, "Çelsi" və "Mançester Yunayted" 22 yaşlı yarımmüdafiəçini heyətinə qatmaqda israrlıdır.

Bu haqda "Caught Offside" nəşri məlumat yayıb.

Qeyd edək ki, A.Skott cari mövsüm meydana çıxdığı 36 matçda 4 qol, 1 asistlə yadda qalıb.