Aleksander İsak fikrində qətidir

"Nyukasl Yunayted"in rəhbərliyi dünən isveçli futbolçu Aleksander İsakın evinə gediblər.

Sportline.az xəbər verir ki, klub ona yeni müqavilə təklif etsə də, futbolçu bununla razılaşmayıb.

25 yaşlı forvard "Nyukasl"dan ayrılmaq fikrində qətidir. İsveç millisinin üzvü "Liverpul"a transfer olmaq niyyətindədir.

Bu haqda jurnalist Li Rayder öz "X" hesabında paylaşım edib.

Qeyd edək ki, İsakın transfer qiyməti 130 milyon avrodur.