Aleksandr Əliyev Qazaxıstan klubundan ayrıldı
Aleksandr Əliyev Qazaxıstanın “Taraz” klubundan ayrılıb. SportLine.az Vesti.kz saytına istinadən xəbər verir ki, Ukrayna millisinin azərbaycan əsilli sabiq üzvü komandanı qarşılıqlı razılıq əsasında tərk edib. Klubun idman direktoru Kanat Şertayev bu qərarı futbolçunun ailə problemi ilə əlaqələndirib. 2016-cı ilin iyununda “Taraz”la anlaşan 31 yaşlı yarımmüdafiəçi keçirdiyi 9 oyunda cəmi 1 qol vurub.
Xatırladaq ki, Rusiyanın Xabarovsk şəhərində doğulan Aleksandr Əliyev daha çox, Kiyev “Dinamo”su, Moskva “Lokomotiv”i və Mahaçqala “Anji”sindəki çıxışı ilə tanınır.