Aleksandr Samedov: “Türkiyədə oynamaq çox xoşdur”
Rusiya millisinin Azərbaycan əsilli futbolçusu Aleksandr Səmədov Türkiyə ilə yoldaşlıq matçı barədə fikirlərini bölüşüb. SportLine.az xəbər verir ki, o, Rusiya mətbuatına müsahibəsində Türkiyə səfərindən məmnunluğunu bildirib: “Türkiyədə ilk oyunum deyil. Buradakı tribunalarda həmişə möhtəşəm abu-hava olur. Azarkeşlər komandalarını olduqca fəal dəstəkləyirlər. Burada futbol oynamaq çox xoşdur. Heç bir düşmənçilik hiss etmədim. Azarkeşlər öz komandalarını qələbəyə səsləyirdilər. Hər şey normal idi”. Xatırladaq ki, ötən gecə Antalyada keçirilən Türkiyə - Rusiya yoldaşlıq matçında hesab açılmayıb.