Ali Koç TFF prezidentliyinə namizəd Mehmet Büyükekşini təhqir etdi

Bu gün Türkiyə Futbol Federasiyasının yeni prezidenti seçiləcək.

Sportline.az xəbər verir ki, Ankarada keçirilən seçkilərdə "Fənərbağça" klubunun prezidenti Ali Koç çıxışı zamanı hazırki TFF prezidenti Mehmet Büyükekşinin ünvanına sərt sözlər ifadə edib.

Ali Koç "Cənab Büyükekşi seçiləcəyiniz təqdirdə bu cür seçilməyiniz vicdanınızı heç narahat etməyəcək?  Şərəfi və ləyaqəti olan heç kim bir vəziyyətdə namizəd olmazdı" deyib.

Mehmet Büyükekşinin bu sözlərə etirazından sonra Ali Koç üzr istəyib.

Qeyd edək ki, Mehmet Büyükekşi 2022-ci ildən Türkiyə Futbol Federasiyasına rəhbərlik edir.