Alleqri: "Sənin qulağını yerindən qopararam!"
"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri "Tuttosport"un jurnalisti Qvido Vaçaqonu hədələyib.
Sportline.az xəbər verir ki, hadisə İtaliya kubokunun final matçından sonra stadionda yaşanıb.
Əsəblərini cilovlaya bilməyən Alleqri jurnalistlə kobud tərzdə danışaraq, onu təhqir və təhdid edib.
"İyrənc direktor" Qəzetinizdə həqiqəti yazın, cəmiyyətin diqtə etdiyini yox. Oxuculara dələduz rolunu oynamayın. Səni harada tapmaq lazım olduğunu bilirəm. Gəlib, sənin qulağını yerindən qopararam. Qəzetdə həqiqəti yazın!", - deyə Alleqri jurnalisti təhqir edib.
Qeyd edək ki, "Tuttosport" qəzeti Alleqrinin tətbiq etdiyi oyun üslubunu tənqid edən mətbu orqanlardandır.