Almaniya klubunda istefa

Almaniyanın "Hoffenhaym" klubu baş məşqçi Alfred Sröderlə yolları ayırıb.
 
Sportline.az xəbər verir ki, 47 yaşlı mütəxəssislə qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verilib.
 
Sröder 2019-cu ilin iyul ayından "Xoffenhaym"ı çalışdırırdı. Niderlandlı mütəxəssis komandanı 33 oyunda (13 qələbə, 8 bərabərlik, 12 məğlubiyyət) meydana çıxarmışdı.
 
Hazırda aktivində 43 xal olan "Hoffenhaym" Bundesliqada 7-ci yerdədir.