Almaniya klubunu “Çelsi”yə dəyişə bilər
“Borussiya Dortmund”un argentinalı stopperi Aaron Anselmino karyerasını “Çelsi”də davam etdirməyə yaxındır.
Sportline.az xəbər verir ki, London klubu 20 yaşlı mərkəz müdafiəçisinin meneceri ilə danışıqlara başlayıb.
Bu haqda “Sport 1” nəşri məlumat yayıb.
Qeyd edək ki, A.Anselmino bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 8 matçda 1 qol, 1 asistlə yadda qalıb.