Almaniya kubokunun ilk finalçısı məlumdur

Futbol üzrə Almaniya kubokunun yarımfinal mərhələsi başlanıb.
 
Sportline.az xəbər verir ki, ilk oyun günündə bir oyun olub.
 
Səfərdə “Saarbrüken”ə 3 cavabsız qolla qalib gələn Leverkuzen “Bayer”i, finala yüksəlib.
 
Digər finalçının adına bu gün, “Bavariya” - “Ayntraxt” matçında aydınlıq gətiriləcək.
 
Almaniya kuboku
Yarımfinal
9 iyun
 
Saarbrüken – Bayer 0:3
Qol: Diabi, 11. Alario, 19. Bellarabi, 58.
 
10 iyun
 
22:45. Bavariya - Ayntraxt