Almaniya millisi Bakıya bu heyətlə gəlir

Qadın voleybolçuların Avropa çempionatına hazırlığı yekunlaşdırmaq üzrə olan Almaniya millisi heyəti açıqlyıb.Sportline.az xəbər verir ki, bundestimin baş məşqçisi Feliks Kozlovski bu voleybolçuların xidmətindən yararlanacaq:

Toppaylayıcılar: Deniz Hanke (“Şverin”), İrina Kemmisi (“Viesbaden”)

Blokçular: Mari Şoeltsel (“Şverin”), Cennifer Pettke, Leoni Şvertmann (hər ikisi “Rote Raben”), Liza Qründinq (“Potsdam”)

Hücumçular: Luiza Lippmann (“Şverin”), Lena Stiqrot (“Rote Raben”), Maren Fromm (“Çanakkale”, Türkiyə), Jennifer Qirties (“Şverin”), Yana-Fransiska Poll (“Piraus”, Almaniya), Tanya Qrosser (“Viesbaden”)

Liberolar: Lenka Dürr (“Tarqovitse”, Rumıniya), Anna Poqani (“Pfeffingen”, İsveçrə)

Qrupdakı rəqibimiz olan komanda paytaxtımıza sentyabrın 20-də gələcək. Azərbaycan və Gürcüstanın ev sahibliyi edəcəyi Avropa çempionatına isə, sentyabrın 22-də start veriləcək.