Almaniya nəhəngi Reşfordu transfer etmək istəyir

"Mançester Yunayted" ingiltərəli futbolçusu Markus Reşfordu satmaq qərarına gəlib.

Sportline.az insayder Daniele Lonqonun məlumatına istinadən xəbər verir ki, "Borussiya Dortmund" Reşfordu transfer etmək üçün "Mançester Yunayted"lə danışıqlara başlayıb.

Bu keçid üçün İngiltərə klubu "Borussiya"dan 60 milyon avro tələb edib.

Qeyd edək ki, Reşfordla "Napoli" və "Milan" klublarıda yaxından maraqlanır.