Almaniyada dekabrın ən yaxşı futbolçusu açıqlandı

Almaniya Bundesliqasında dekabr ayının ən yaxşı futbolçusu seçilib.

Sportline.az xəbər verir ki, bu ada "Bayer"in yarımmüdafiəçisi Florian Virts layiq görülüb.

Bu haqda yarışın rəsmi səhifələrində məlumat paylaşılıb.

Qeyd edək ki, 21 yaşlı alman futbolçu ötən ay ərzində keçirdiyi oyunlarda 3 qol və 3 asistlə yadda qalıb.