Almaniyadan Braziliyaya

Almaniyanın "Herta" klubundan ayrılan Salomon Kalu karyerasını Braziliyada davam etdirəcək.

Sportline.az xəbər verir ki, 34 yaşlı hücumçu "Botafoqo"ya keçib. Fil Dişi Sahili millisinin keçmiş üzvü ilə 1 illik müqavilə imzalanıb.

Kalu 2006-2012-ci illərdə "Çelsi"də çıxış edib. O, "Feyenoord", "Ekselsior" və "Lill" klublarında da oynayıb.