Almaniyadan Türkiyəyə

"Başakşəhər" ötən mövsüm Almaniyanın "Hamburq" klubundan icarəyə götürdüyü Berkay Özcanın transfer hüququna yiyələnib.

Sportline.az xəbər verir ki, "narıncı-lacıvərdli" klub Türkiyə millisinin üzü ilə 4 illik müqavilə imzalayıb. Bu keçid İstanbul təmsilçisinə 2,5 milyon avroya başa gəlib.

22 yaşlı yarımmüdafiəçi bu mövsüm 23 oyun keçirib.