Almaniyalı fanatlar Bakıda boş oturmayacaqlar

Azərbaycan milli komandası ilə 2018-ci il dünya çempionatının seçmə qrup matçını izləməyə gələcək Almaniya yığmasının azarkeşləri də futbol oynayacaqlar. Almaniya Futbol İttifaqının rəsmi saytında yayılan xəbərə görə, görüşü Bundestimin fan-klubu təşkil edəcək. Onlar martın 26-da gündüz saatlarında "Bayıl Arena"da bir-biriləri ilə üz-üzə gələcəklər. Fan-klub oyunda iştirak etmək istəyənlərdən xüsusi anketi doldurmalarını xahiş edib. Azərbaycan - Almaniya matçı isə həmin gün saat 20:00-da başlanacaq. Görüş Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq. Qeyd edək ki, Almaniyadan Azərbaycana 800-dək azarkeş gələcək.(report)