Almaniyalı forvard klubdan ayrılacaq

"Nyukasl"ın forvardı Nik Voltemade karyerası ilə bağlı qərar verib.

Sportline.az xəbər verir ki, sözügedən futbolçu yayda klubdan ayrılmaq niyyətindədir.

Bu haqda jurnalist Kristian Folk məlumat yayıb.

Qeyd edək ki, N.Voltemade cari mövsüm meydana çıxdığı 51 matçda 11 qol, 5 asistlə yadda qalıb.