Almaniyalı məşqçi AFFA-nın təklifini cavablandırıb

Almaniyalı məşqçi Rayner Kraft, Azərbaycan millisini çalışdırmaq təklifini qəbul etməyib.

Sportline.az xəbər verir ki, o, bunu “Teckbote” nəşrinə açıqlamasında deyib.

Kraftın sözlərinə görə, 2010-11 mövsümündə ölkəsinin "VFL Kirhhaym" komandasının baş məşqçisi olarkən U-17 millimizi çalışdırması üçün ona Azərbaycandan təklif gəlib. 58 yaşlı mütəxəssis ölkəsində çalışmağı daha üstün tutub.  

Qeyd edək ki, Rayner Kraft müxtəlif vaxtlarda AFFA-nın təşəbbüsü ilə keçirilən UEFA-nın A kateqoriyalı lisenziya kurslarına rəhbərlik edib.