Almaniyalı ulduz "Beşiktaş"ın hədəfində
"Beşiktaş" "Mançester Yunayted"in almaniyalı ulduzu Bastian Şvaynştaygeri transfer etmək niyyətindədir. SportLine.az "Fanatik"ə istinadən xəbər verir ki, bir neçə gün əvvəl adı "Fənərbaxça" ilə hallanan yarımmüdafiəçinin "Beşiktaş"ın hədəfində olduğu bildirilir.
Çempionlar Liqasında iddialı heyətlə çıxış etmək istəyən "Qara qartal" futbolçunun keçidini həll etmək üçün "Mançester Yunayted"ə rəsmi təklif göndərməyə hazırlaşır. Joze Mourinyonun əsas heyət futbolçuları siyahısında yer almayan Şvaynştaygerin də İstanbul təmsilçisinə keçməyə razı olacağı gözlənilir.
Qeyd edək ki, 31 yaşlı yarımmüdafiəçi ötən ildən "Qırmızı şeytanlar"ın şərəfini qoruyur.