Almeyda üçün rumıniyalı mütəxəssis

Millimizin futbolçusu Riçard Almeydanın çıxış etdiyi Birləşmiş Ərəb Əmirliklərinin "Baniyas" klubunda baş məşqçi dəyişikliyi olub.

Sportline.az klubun rəsmi "Feysbuk" səhifəsinə istinadən xəbər verir ki,  Vinfrid Şaferlə başa çatan müqavilənin müddəti yenilənməyib. Onu rumıniyalı mütəxəssis Daniel İsaila əvəzləyib.

Qeyd edək ki, R. Almeyda qış fasiləsində "Qarabağ"dan ayrılaraq “Baniyas” klubuna transfer olunub.