Alonso İngiltərə nəhəngini çalışdıra bilər

“Çelsi” ilə Xabi Alonso arasında bu həftə ilk rəsmi danışıqlar keçirilib.

Sportline.az xəbər verir ki, görüşün çox müsbət keçdiyi bildirilir. İspaniyalı mütəxəssis komandanın baş məşqçisi olmağa və uzunmüddətli layihəyə qoşularaq müqavilə imzalamağa hazır olduğunu təsdiqləyib.

Lakin ümidverici başlanğıca baxmayaraq, “Çelsi” rəhbərliyi hələ də bu vəzifə üçün digər namizədləri də nəzərdən keçirir. Klub daxilində müzakirələr davam edir və yeni baş məşqçi ilə bağlı yekun qərar hələ verilməyib.