Alonso “Liverpul”a gələ bilər
“Liverpul” rəhbərliyi Xabi Alonso ilə görüş keçirdi – Arne Slotun gələcəyi dəqiqləşir.
Sportline.az xəbər verir ki, “Liverpul” klubunun nümayəndələri Xabi Alonso ilə gizli görüş keçiriblər.
Bu barədə "Team Talk" nəşri məlumat verib.
Görüş 23 yanvar 2026-cı il, cümə günü İspaniyada baş tutub.
Klub rəhbərliyi hesab edir ki, Arne Slotun “Liverpul”dakı dönəmi sona çatmaq üzrədir və hollandiyalı mütəxəssis növbəti mövsümdə komandaya rəhbərlik etməyəcək.