Alvarez "Atletiko"dan ayrılır?
"Atletiko Madrid"in argentinalı forvardı Xuliyan Alvarez yayda klubdan ayrılmaq istəyir.
Sportline.az xəbər verir ki, dünya çempionu kubok qazana biləcəyi komandaya keçmək istəyir.
"Diario As" nəşrinin yaydığı məlumata görə, "Arsenal", "Paris Sen-Jermen" və "Barselona" 26 yaşlı hücumçunu transfer etmək istəyən klubların siyahısında yer alır.
Qeyd edək ki, X.Alvarezin transfer qiyməti 120 milyon avrodur.
O, cari mövsüm meydana çıxdığı 37 matçda 13 qol, 6 asistlə yadda qalıb.