Alvarez PSJ-yə keçir?

PSJ-nin yay transfer pəncərəsi dövründə əsas transfer hədəfi Xuliyan Alvarezdir.

Sportline.az xəbər verir ki, bu haqda jurnalist Florian Plettenberq məlumat yayıb.

Paris təmsilçisi bu keçid üçün 120 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, X.Alvarezin "Atletiko" ilə müqaviləsi 2030-cu ilin iyun ayına qədərdir.