Alvaro Karreras İngiltərə nəhənginə keçə bilər

"Benfika"nın ispaniyalı futbolçusu Alvaro Karreras klubdan ayrıla bilər.

Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, "Mançester Yunayted" A.Karrerası transfer etmək üçün hərəkətə keçib.

Portuqaliya klubu 21 yaşlı müdafiəçi üçün 30 milyon avro tələb edir.

Qeyd edək ki, Karrerasın "Benfika" ilə müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.