AMADA: "Bu il antidopinq qayda pozuntularının sayı artıb"

2022-ci ildə antidopinq qayda pozuntularının sayı artıb.

Sportline.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli 22 iyul - Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün "Antidopinq maarifləndirilməsi mövzusunda medianın rolu" mövzusunda təşkil etdikləri tədbirdə məlumat verib.

Ş.Hüseynlinin fikrincə, bu, idmançıların yarışlarda iştirakının çoxalması ilə bağlıdır: "Ona görə də, federasiyalara üzümüzü tutub demək istəyirik ki, onlarla maarifləndirmə işləri aparılsın".