Amit Quluzadənin komandası mövsümə belə başladı

Moldova çempionatında növbəti mövsüm başlanıb.
 
Sportline.az xəbər verir ki, millimizin sabiq üzvü Amit Quluzadənin formasını geyindiyi “Milsami” də yeni mövsümdə ilk matçına çıxıb.
 
Sözügedən komanda doğma meydanda “Petrokub” ilə qarşılaşıb. Quluzadənin komandası bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.
 
Futbolçumuzun adı qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib.