Amorim onu "Mançester Yunayted"ə gətirməkdə israrlıdır

"Sportinq"in isveçli ulduzu Viktor Gyökereş karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportline.az "Mail Sport"a istinadən xəbər verir ki, "Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim Gyökereşi transfer etməkdə israrlıdır.

İngiltərə klubunun rəhbərliyi V.Gyökereş üçün "Sportinq"ə 70 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, 26 yaşlı futbolçunun "Sportinq"lə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

Gyökereş bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 24 matçda 27 qol və 4 asistlə yadda qalıb.