Amorim Reşford haqqında danışıb

"Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim ingiltərəli futbolçu Markus Reşford haqqında danışıb.

Sportline.az xəbər verir ki, "Sky Sports"a müsahibə verən Amorim 27 yaşlı futbolçu haqqında bu fikirləri səsləndirib;

"Reşfordun ayrılacağından xəbərim yoxdur. Daha dəqiq heçnə bilmirəm. Zamanlı biləcəyik. O "Mançester Yunayted"in oyunçusudur. Bu klubu sevir. Amma seçimləri mən etmirəm. Vəziyyət budur.