Amorimin ayrılığı "Mançester Yunayted"ə baha başa gəldi

Ruben Amorim “Mançester Yunayted”ə 27,35 milyon funt sterlinqə başa gəlib.

Sportline.az xəbər verir ki, “Mançester Yunayted” klubunun sabiq baş məşqçisi Ruben Amorimlə bağlı maliyyə detalları açıqlanıb.

2024-cü ilin noyabrında “qırmızı şeytanlar”ın sükanı arxasına keçən portuqaliyalı mütəxəssislə 2026-cı ilin yanvarında yollar ayrılıb.

Amorimin “Mançester Yunayted”ə ümumi dəyəri 27,35 milyon funt sterlinq (təxminən 31,6 milyon avro) təşkil edib. Bu məbləğin bölgüsü belədir:

9,5 milyon funt — “Sportinq” klubuna ödənilən kompensasiya

7,8 milyon funt — Amorimin müqavilə dövründə qazandığı məbləğ

10,05 milyon funt — qalan müqavilə müddətinə görə ödənilən təzminat