Amrabat əsas heyət şansı əldə etdi

“Fənərbağça”nın bu yay “Fiorentina”dan heyətinə qatdıqı 28 yaşlı mərakeşli futbolçusu Sofiyan Amrabat əsas heyətdə yerini möhkəmləndirib.

Sportline.az “Ntvspor” kanalına istinadən xəbər verir ki, “Fənərbağça”nın baş məşqçisi Joze Mourinyo mərakeşli oyunçunun çıxışından razıdır. Oyunçunun topla rəftarının,paslarının mükəmməl olduqunu qeyd edən təcrübəli çalışdırıcı gələcək oyunlar üçün önəmli fiqur olacaqını bildirib.

Qeyd edək ki, Amrabat bu mövsüm çıxış edtiyi 5 matçda 1 asistlə yadda qalıb.