Ançelotti Çuameni haqqında danışıb

"Real Madrid"in italiyalı çalışdırıcısı Karlo Ançelotti mətbuat konfransında Çuameni haqqında danışıb.

Sportline.az xəbər verir ki, təcrübəli mütəxəsis Çuamenin yaxşı olduğunu söyləyib.

"Çuameni yaxşıdır. Həkimlərin göstərişi ilə mən onu oyundan çıxardım. Final matçında oynaya biləcək", - deyə Ançelotti bildirib.

Qeyd edək ki, Çuameni "Malyorka" ilə matçın 55-ci dəqiqəsində zədələnərək meydanı tərk etmişdi.