Ançelottinin vergi qalmaqalı

İngiltərənin "Everton" klubunun baş məşqçisi Karlo Ançelotti vergidən yayınmaqda ittiham olunur. 

Sportline.az "Sky Sports"a istinadən xəbər verir ki, 61 yaşlı italiyalı mütəxəssisin 2013 - 2015-ci illərdə İspaniya "Real Madrid"ində işlədiyi dönəmdə 1 milyon avro vergi ödəmədiyi iddia edilir. 

Madrid prokurorluğu Ançelottinin 2014-2015-ci illərdə imic hüquqlarından əldə olunan gəlirlərə görə vergi ödəmədiyinə dair açıqlama verib. 

Baş məşqçi və onun nümayəndələri məsələ ilə bağlı açıqlama vermək istəməyiblər. 

Qeyd edək ki, Karlo Ançelotti "Everton"da 2019-cu ildən işləyir.