Andersonun "Mançester Siti"yə transfer olma ehtimalı yüksəkdir

"Nottingem Forest"in yarımmüdafiəçisi Elliot Anderson karyerasını "Mançester Siti"də davam etdirə bilər.

Sportline.az xəbər verir ki, bu haqda "Team Talk" nəşri məlumat yayıb.

23 yaşlı futbolçunun meneceri "şəhərlilər"lə danışıqlara başlayıb.

Qeyd edək ki, E.Anderson cari mövsüm meydana çıxdığı 26 matçda 1 qol, 2 asistlə yadda qalıb.