"Ankaragücü" bir daha "Üzülməz"

Türkiyənin “Ankaragücü” klubunun yeni baş məşqçisi müəyyənləşib.
 
Sportline.az klubun saytına istinadən xəbər verir ki, Superliqa təmsilçisini İbrahim Üzülməz çalışdıracaq.

Onun müqavilə müddəti və digər detallar barədə məlumat verilmir.
 
Xatırladaq ki, “Ankaragücü” bir neçə gün öncə baş məşqçisi Mustafa Reşit Akçayı “Trabzonspor”la bağlı açıqlamasına görə vəzifəsindən uzaqlaşdırmışdı. İbrahim Üzülməz isə iyunun 23-də “Bursaspor”dan ayrılıb. 

“Ankaragücü” hazırda 24 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.