Ansi Aqolli yeni müqavilə bağladı

"Qarabağ"ın sabiq futbolçusu Ansi Aqolli ABŞ-ın "Nyu-York Kosmos" klubu ilə yeni müqavilə bağlayıb.

Sportline.az xəbər verir ki, bu barədə albaniyalı müdafiəçi özünün "Instagram" səhifəsində paylaşım edib.

38 yaşlı oyunçu növbəti mövsümdə də Nyu-York təmsilçisinin formasını geyinəcəyini yazıb: "Daha 1 il "Nyu-York Kosmos"da oynayacağım üçün şadam".

Qeyd edək ki, 2012 - 2019-cu illərdə "Qarabağ"da çıxış etmiş Ansi Aqolli ötən mövsüm ABŞ klubu ilə səviyyəcə dördüncü sayılan Milli Premyer Liqada (NPSL) çempion olub.