Anton Mirançuk yeni klubunda debüt oyununa "Luqano" qarşısında çıxacaq

Anton Mirançukun "Sion" klubu ilə nə zaman debüt matçına çıxacağı məlum olub.

Sportline.az xəbər verir ki, İsveçrə klubunun prezidenti Kristian Konstantin bu haqda məlumat verib.

O, rusiyalı futbolçunun bu həftə sonu "Luqano"ya qarşı matçda meydana çıxacağını deyib.

Xatırladaq ki, "Sion" klubu "Lokomotiv"dən ayrılan 28 yaşlı futbolçunu azad agent statusunda heyətinə qatıb.Onunla 2026-cı ilə qədər razılıq əldə edilib.