Antonio Espinos yenidən Avropa Karate Federasiyasının prezidenti seçilib
Antonio Espinos yenidən Avropa Karate Federasiyasının (EKF) prezidenti seçilib.
Sportline.az xəbər verir ki, bu barədə EKF-in rəsmi saytı məlumat yayıb.
76 yaşlı funksionerin prezidentliyi İspaniyanın Qvadalahara şəhərindəki Konqresdə yekdilliklə qəbul edilib.
Qeyd edək ki, Antonio Espinos 1997-ci ildən EKF-ə rəhbərlik edir.