APL: “Sabah” “Araz-Naxçıvan” matçı sülhlə başa çatdı

Azərbaycan Çempionatının 9-cu turunun görüşləri davam edir.

Sportline.az xəbər verir ki, günün son matçında “Sabah” evdə “Araz-Naxçıvan”la qarşılaşıb. Görüş 1:1 hesablı bərabərliklə yekunlaşıb.

Görüşdə qolları Boyan Letiç 5, Felipe Santos isə 7-ci dəqiqədə fərqlənib.

Qeyd edək ki, “Sabah” 15 xalla 5-ci, “Araz-Naxçıvan isə 17 xalla 2-ci pillədə qərarlaşır.