APL: “Səbail” “Şamaxı”nı məğlub etdi

Azərbaycan Premyer Liqasında 9 turun görüşləri davam edir.

Sportline.az xəbər verir ki, günün ilk matçında “Səbail” “Şamaxı”nı 2-0 hesabı ilə məğlub edib. Qolları Qorka Larruça və Madi Keta vurub.

Qonaqların heyətində Brahim Konate 68-ci dəqiqədə qırmızı vərəqə ilə cəzalanıb.

Qeyd edək ki, “Səbail” 7 xalla 8-ci, aktivində 14 xal olan “Şamaxı” isə 5-ci pillədə qərarlaşır.